MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə edib

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclasında ekstremizmə və terrorizmə qarşı mübarizə məsələsi müzakirə edilib və müvafiq qərar qəbul olunub.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov görüşün yekunu üzrə jurnalistlərə açıqlamasında bildirib.

“Uzun müddətdir müzakirə olunan, həlli yolları işlənib hazırlanan məsələ ekstremizm və terrorizmlə mübarizədir. Vəzifəmiz profilaktik tədbirləri görməyə, insanların ölümünün və cinayətlərin qarşısının alınmasına imkan verəcək tədbirləri və həll yollarını işləyib hazırlamaqdır”, - o deyib.

Kubrakovun sözlərinə görə, Şuranın iclasında ümumilikdə 13 məsələyə, o cümlədən kibercinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlərə baxılıb. “Bu gün qəbul olunan qərarlar dərhal əlavə tədbirlərin görülməsini tələb edir”, - Belarus DİN başçısı vurğulayıb.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın daxili işlər nazirləri, MDB-nin Antiterror Mərkəzinin, İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            726 09.08.24 22:14