Azərbaycan ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:35 Məhkəmə Bakıda sürücünü ölümcül döyən şəxslərlə bağlı QƏRAR VERDİ  |     14:02 Şərurda 83 yaşlı kişi yanaraq ölüb  |     13:57 Məcəllə təsdiq olundu: Kimlər pulsuz ev alacaqlar?  |     13:54 "Mançester Yunayted" klubu daimi iqamətgahını dəyişdirəcək  |     13:48 Balakəndə 68 yaşlı kişi evində özünü asdı  |     13:45 Bakıda yük avtomobili qadını vuraraq öldürüb  |     13:41 FHN Yel çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO  |     13:35 Ceyhun Bayramov Qazaxıstanda rəsmi səfərdədir  |     13:33 Yeni buz dövrü nə vaxt başlayacaq? - Alimlərdən AÇIQLAMA  |     13:31 "Trabzonspor"da yeni baş məşqçi  |     13:30 Azərbaycan Ermənistanın mina təhlükəsi ilə bağlı ittihamlarına cavab verdi  |     13:22 Azərbaycan BMT-də minaların fiziki məhdudiyyətli insanlara təsiri ilə bağlı narahatlığını ifadə edib  |     12:59 ABŞ-nin IT sektoru Trampın sözlərindən sonra 1 trilyon dollar itirib  |     12:37 Azərbaycanın gənc güləş komandası ardıcıl 4-cü dəfə Avropa çempionu oldu  |     12:17 Müəllimləri təhqir edən qalmaqallı direktora 5 min manatlıq rüşvət İDDİASI - AUDİO (VİDEO)  |     12:10 Avtomobilə hücum edib sürücünü ölümcül hala saldılar - VİDEO (YENİLƏNİB)  |     12:01 Moskvaya kütləvi dron hücumu nəticəsində ölənlərin sayı artdı - FOTO / VİDEO (YENİLƏNİB)  |     11:55 Moskvada hava məkanı bağlandı - Bakıdan Rusiya paytaxtına olan reyslərdə gecikmələr var  |     11:53 Baş Dövlət Yol Polisi İdarəsindən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ  |     22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |    

Azərbaycan ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət edib

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi ölkə statusu almaq üçün müraciət edib.

Median.Az
-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Katibliyi yanında İran İslam Respublikasının milli əlaqələndiricisi Mehrdad Kiyaei xəbər verib.

Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Ermənistan, Banqladeş, Kamboca və Şri-Lanka da müraciət edən ölkələr siyahısındadırlar.

"Bu ölkələr (Banqladeş istisna olmaqla) dialoq tərəfdaşı statusunu müşahidəçi statusuna dəyişmək istəyirlər. Biz, prinsip etibarilə, bu məsələyə baxmağa, həmçinin müvafiq ərizəçilər və təşkilatın üzv dövlətləri ilə razılaşdırılaraq müəyyən bir nəticəyə gəlməyə hazırıq", - deyə Mehrdad Kiyaei bildirib.

O vurğulayıb ki, onlar əvvəlcə müşahidəçi statusu almalıdırlar, yalnız bundan sonra tamhüquqlu iştirakçı ola bilərlər.

"Banqladeş dialoq tərəfdaşları sırasına daxil deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələni keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır", - deyə Mehrdad Kiyaei əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            663 18.07.24 12:40