Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev sosial şəbəkədə 15 İyun - Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
Təşkilatın başçısının paylaşımında qeyd olunub:
"15 İyun - Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı ən səmimi təbriklərimizi çatdırırıq. Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirik".