Qərbi Azərbaycan İcması Aİ rəsmisinin bəyanatlarını qınayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

Qərbi Azərbaycan İcması Aİ rəsmisinin bəyanatlarını qınayıb

“Avropa İttifaqının (Aİ) rəsmisi Peter Stano Ermənistanın “Armenpress” xəbər agentliyinə 2023-cü il noyabrın 17-də verdiyi müsahibəsində təxribatçı və ayrı-seçkilik xarakteri daşıyan bəyanatlar verməklə regionda vəziyyəti gərginləşdirməyə çalışıb”.

Bu barədə Qərbi Azərbaycan İcmasının son bəyanatında bildirilib.

“Aİ rəsmisi Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçmüş ermənilərin qayıtmaq hüququ barədə danışdığı halda, Ermənistandan qovulmuş 300 min azərbaycanlının qayıdışı barədə heç nə deməmişdir. Bu, etnik və dini zəmində ayrı-seçkilikdir. Xatırladaq ki, dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Aİ bizim qayıdış hüququmuz barədə mövqeyini ictimai şəkildə ifadə etməkdən imtina edir.

Bundan başqa, Aİ rəsmisi Ermənistanın ərazi bütövlüyünün qorunmasından müqəddəs vəzifə kimi dəm vuraraq Azərbaycanı təhdid etmişdir. Əvvəla, Aİ-yə yaxşı məlumdur ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Bundan əlavə, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü pozmuş, işğal etdiyi Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlını qovmuş və Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmış Ermənistanın əməllərinə göz yuman Aİ-nin indi Ermənistanın heç bir təhdid altında olmayan ərazi bütövlüyünün müdafiəsinə qalxması ikiüzlülükdür.

Aİ rəsmisinin Azərbaycanın “Qarabağda birtərəfli hərbi addım atması”ndan narahatlıq keçirməsi riyakarlıqdır. Azərbaycan öz suveren ərazisində əməliyyat keçirməyə görə heç kimdən, o cümlədən Aİ-dən icazə almır və heç kimə hesabat vermir.

Qarabağda beynəlxalq qüvvələrin mövcudluğunun vacibliyini vurğulayan Aİ qoy gedib belə missiyaların Aİ ölkələrinə, məsələn irqçilik və islamofobiyanın çiçəkləndiyi, Korsika dilinin qadağan edildiyi Fransaya və ya rus etnik azlığına qarşı ayrı-seçkilik siyasəti yeridən Litvaya göndərilməsi ilə məşğul olsun.

Aİ Azərbaycanın daxili işlərinə müdaxilə kimi düşük və təkəbbürlü əməllərinə son qoymalı, bölgədə vəziyyəti gərginləşdirən ikiüzlü və ayrı-seçkilik siyasətindən əl çəkməli, Ermənistanın silahlandırılmasını dayandırmalı və bu ölkədən qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməlidir”, - deyə açıqlamada deyilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            885 17.11.23 18:31