Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü |
Mojo.az Avto
Mojo.az Avto

Rəsmi Bakı regionda yeni “3+2” əməkdaşlıq formatı elan etdi

16.11.2023 15:26 3 060
Rəsmi Bakı regionda yeni “3+2” əməkdaşlıq formatı elan etdi
Rəsmi Bakı regionda yeni əməkdaşlıq formatını elan edib. İndiyədək “3+3” (Azərbaycan-Gürcüstan-Ermənistan-Türkiyə-Rusiya-İran) olan format bundan sonra “3+2” (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) şəklində olacaq.

Bu məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi açıqlamalarına dair şərhində yer alıb.

Bildirilib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur:

“ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir”.

Son xəbərlər