Mojo.az Banner
SON DƏQİQƏ
17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı təmaslar davam edir - Rusiya XİN

03.11.2021 17:50 903
Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı təmaslar davam edir - Rusiya XİN
Üçtərəfli bəyanatların icrası üzrə iş bütün istiqamətlərdə davam edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

M. Zaxarova deyib ki, Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə son telefon danışığı zamanı Qarabağda münaqişəyə son qoyan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasını müzakirə edib.

Onun sözlərinə görə, nazirlər regionda vəziyyətin sabitləşdiyini, atəşkəs rejiminə ümumilikdə riayət olunduğunu qeyd ediblər.

"Bakı və İrəvan Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirir. Baş verən ayrı-ayrı insidentlər hər iki tərəfdən müvafiq əməkdaşlıq kanalları ilə nizamlanır”, - Rusiya XİN rəsmisi vurğulayıb.

M. Zaxarova Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası üçün səy göstərildiyini də qeyd edib. O, oktyabrın 20-də Moskvada Üçtərəfli İşçi Qrupun 8-ci iclasının keçirdildiyini də xatırladıb: "Xarici işlər və müdafiə nazirlikləri, sərhəd xidmətləri xətti ilə təmaslar davam edir. Biz Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasına başlanılması prosesi ilə bağlı problemlərin kompleks həllini görürük. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə də fəal iş aparılır”.

//APAскачать dle 11.3

Son xəbərlər