Baş Prokuror: “Regionda cinayətkarlığa qarşı ortaq mübarizə yolları araşdırılır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Baş Prokuror: “Regionda cinayətkarlığa qarşı ortaq mübarizə yolları araşdırılır”

“Regionda baş verən cinayətkarlığın dəyişən xarakteri ətraflı təhlil olunub, ortaq mübarizə yolları araşdırılır”.

Bu fikirləri “Report”a Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının 2-ci toplantısından sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib.

Bu qurumun keçən il noyabrın 1-də Bakıda yaradıldığını vurğulayan Baş prokuror deyib ki, bu müddət ərzində TDT-yə üzv ölkələrin gənc prokurorluq əməkdaşları arasında sıx təmaslar qurulub:

“Bu tədbirdə də gələcəkdə cinayətkarlığa qarşı mübarizə yolları bu regionda təhlükəsizliyin təmin edilməsi, sülhün bərqərar olunması, insan hüquq və azadlıqlarının təmin olunması baxımından çox mühüm təkliflər verildi. Bu təkliflər realizə edilib zaman-zaman tətbiq olunacaq”.

Qeyd edək ki, bu gün TDT-yə üzv ölkələrin Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızstan, Özbəkistan və müşahidəçi Şimali Kipr Türk Respublikasının Baş Prokurorları Ankarada toplantı keçiriblər. Müzakirələrdən sonra birgə bəyanat imzalanıb. Oktyabrın 26-dək davam edən tədbir çərçivəsində TDT baş prokurorları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək və Türkiyə Prokurorluğunda müxtəlif görüşlər keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            483 23.10.23 20:15