Azərbaycan və İran XİN başçıları telefonla danışıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:14 Tələbə kartının üstünlükləri nələrdir? (AÇIQLAMA)  |     16:09 Cəlilabadda hotel yanır  |     15:41 Hikmət Mirzəyev Bayraktaroğluyla görüşdü  |     15:27 Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsulun adı açıqlandı  |     15:20 Suriyaya Rusiya bazalarını təxliyə etmək üçün gedən gəmi batdı  |     15:17 Bakıda yumurta bahalaşıb? (AÇIQLAMA)  |     15:09 Rusiyalı politoloq: "Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir"  |     14:37 Saxlanılan tiktokerlərə sponsorluq edənlər də cinayət məsuliyyəti daşıyır? - FOTO  |     13:55 Kür çayı can aldı  |     13:17 Arvadını boğaraq öldürən şəxs: "Telefonda başqa şəxslə danışanda tutdum"  |     13:15 İran Suriyaya bütün aviareysləri dayandırdı  |     13:00 "TikTok"da əxlaqsızlığı təbliğ edənlərə qarşı əməliyyat: Şairə İlhamə Elşadqızı da saxlanıldı  |     12:44 Nəriman Axundzadə ilin ən yaxşı futbolçuları SİYAHISINDA  |     12:38 İnternet vasitəsi ilə qumar oyunları təşkil edən qardaşlara hökm oxundu  |     12:31 Nişan günü qan töküldü: Arvadının başını kəsdi - Ötən gün baş verən qətlin təfərrüatı (VİDEO)  |     12:17 Bu tarixdə günəşə rekord yaxınlıq baş verəcək  |     11:56 Xəzər dənizi ilə 23 kiloqramdan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı  |     11:47 Ağdaşda narkotiklə bağlı 4 nəfər saxlanılıb  |     11:29 Daha bir “TikTok”er həbs edildi  |     11:17 Makron hökumətin yeni tərkibini təsdiqlədi  |    

Azərbaycan və İran XİN başçıları telefonla danışıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

XİN-dən "Report"a verilən məlumata görə, C.Bayramov bölgədəki son vəziyyətlə bağlı iranlı həmkarını məlumatlandırıb.

O qeyd edib ki, Moskva görüşündə əldə edilmiş humanitar atəşkəs razılığına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması davam etdirilir.

Nazir vurğulayıb ki, Gəncəyə edilmiş raket hücumları da daxil olmaqla, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü hücumlar dinc əhali arasında ciddi itkilərə səbəb olub.

C.Bayramov bu gün səhər Azərbaycanın Tərtər bölgəsinin yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu və artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd edib.

Nazir Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayətlərinə görə tam məsuliyyət daşıdığını vurğulayıb.

Məhəmməd Cavad Zərif bölgədə gərginliyin artması və mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib. O, qonşu dövlət İranın bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı olduğunu və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            690 15.10.20 21:11