NASA-nın "Günəşə toxunmaq" üçün hazırladığı "Parker Solar Probe" qurğusunun Günəşə ən yaxın mövqeyinə çatacağı bildirilib.
Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə NASA-nın öz rəsi saytı məlumat yayıb.
Məlumata görə, "Parker Solar Probe" 2018-ci ildə buraxıldıqdan sonra Günəşə getdikcə daha yaxın orbitdə fırlanır.
Noyabrın 6-da planlaşdırılan sonuncu Venera uçuşunu həyata keçirərək Günəşə daha yaxına gəlməyə hazır olan Parker, dekabrın 24-də Günəş səthindən 6,1 milyon kilometr keçərək rekord yaxınlığa çatacaq.
Parkerin Günəşə ən yaxın olduğu zaman siqnal ötürülməsindəki məhdudiyyətlər səbəbiylə Yerlə əlaqəsi kəsiləcək. Dekabrın 27-nə qədər siqnal göndərə bilməyəcək.
Qeyd edək ki, qurğu 2025-ci ilin yanvar ayının sonunda Yeri aydın görəcəyi və Günəşə ən yaxın keçidi zamanı əldə etdiyi elmi məlumatlardan istifadə edə biləcəyi bir orbitə yerləşəcək.