Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Meymunçiçəyi indi də Belçikada  |     22:48 Gəncədə motosiklet maşınla toqquşdu - Xəsarət alan var  |     22:20 Gündə 12 saatdan çox günəş: Qış tətili üçün dünyanın ən isti 10 yeri  |     22:07 “Qarabağ”ın oyununun yeri dəyişdirildi  |     21:44 Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     21:33 Azərbaycanlı güləş hakimi karyerasını başa vurdu  |     21:15 Eyfel qülləsində texniki nasazlıq baş verib  |     21:07 "Liverpul" ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir  |     20:53 Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb  |     20:40 "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub  |     20:14 Bakı-Balakən-Bakı dəmiryol marşrutu ilə gecə səfərləri işə düşür  |     19:42 Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir  |     19:05 Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ  |     19:02 Ukrayna Dünya Bankından 1 milyard dollar alıb  |     18:43 "Hizbullah" peycerləri necə partladılıb? - Keçmiş MOSSAD agentləri açıqladı  |     18:33 Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər  |     18:08 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi  |     17:56 "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     17:38 Prezidentdən hərbi təlim toplanışları ilə bağlı QƏRAR  |     17:25 Sabah bu ərazilərdə QAZ OLMAYACAQ  |    

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi

Rusiyada miqrant uşaqlarının məktəbə qəbulu üçün rus dili biliklərinin yoxlanılması 2025-ci il aprelin 1-dən başlayacaq.

Bu barədə Rusiyanın Baş nazirinin müavini Dmitri Çernışenko "RIA Novosti"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, "Rosobnadzor" (Təhsil və Elm sahəsində Federal Nəzarət Xidməti) artıq metodik materialların, test sistemlərinin və qiymətləndirmə meyarlarının hazırlanmasını başa çatdırır.

"Artıq gələn il aprelin 1-dən bu iş ölkəmizin bütün təhsil müəssisələrində sistemli şəkildə inkişaf edəcək", - deyə hökumətin sədr müavini bildirib.

Çernışenko əlavə edib ki, hər il Rusiya məktəblərinə təxminən 155 min miqrant uşağı qəbul olunur.

Xatırladaq ki, Rusiya hökuməti dekabrın 9-da rus dilini zəif bilən əcnəbi vətəndaşların uşaqlarının məktəbə qəbulunun qadağan edilməsi haqqında qanun layihəsini dəstəkləyib. Üç gün sonra müvafiq qanun Dövlət Dumasında qəbul edilib. Dekabrın 19-da birbaşa efirdə Prezident Vladimir Putin də yeni qanunu dəstəkləyib.

Qanun layihəsinə əsasən, rus dili üzrə test imtahanından uğurla keçə bilməyən uşaqlar təhsilə buraxılmayacaqlar. Bu cür imtahanın keçirilməsi qaydalarını ölkənin Maarif Nazirliyi müəyyən etməlidir. Nazirlik qeyd edib ki, test pulsuz keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            120 24.12.24 18:08