Saxlanılan tiktokerlərə sponsorluq edənlər də cinayət məsuliyyəti daşıyır? - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:42 Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilib  |     14:34 "Disney" filmlərində LGBT və azlıqların təbliği dayandırılır  |     14:10 Alimlər kvant kompüterlərində kainatın məhvini modelləşdirdilər  |     13:55 Paytaxtda yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb  |     13:37 Bu gün keçiriləcək ÇL-in pley-off oyunlarını hansı kanallardan izləmək olar? (ANONS)  |     13:25 Şirvanda beş evdən 53 min manatlıq oğurluq etdi: ƏLƏ KEÇDİ  |     13:23 Bu gün Əfv Komissiyasının ilk iclası keçiriləcək  |     13:22 Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə yeddi nəfər saxlanılıb  |     13:21 İngiltərədə uşaq meydançasının altından 176 bomba aşkarlandı  |     13:05 Dünyada temperatur rekord yüksək səviyyəyə çatıb - HƏYƏCAN TƏBİLİ  |     13:01 Rahatlıq üçün ortopedik kresloya keçid zərər verə bilər - GİZLİ TƏHLÜKƏ  |     12:54 Çində yanğınsöndürənlər robot itdən istifadə ediblər  |     12:52 Meymun beynini insan beyninə çevirən mexanizm tapıldı  |     12:52 Ağciyər xərçəngi olanlar üçün yeni ümid: Şişin "zəif nöqtəsi" aşkarlandı  |     12:51 İki nəhəng şirkət süni intellekt hazırlayır  |     12:50 Daha bir kişi Diddini təcavüzdə ittiham edir - Məhkəməyə müraciət etdi  |     12:49 "Şirniyyat sevgisi" hansı xəstəliyin əlaməti ola bilər?  |     12:48 "Binance" və SEC məhkəmə prosesinin dayandırılması ilə bağlı birgə vəsatət qaldırdılar  |     12:47 "Qalatasaray" - "Fənərbağça" derbisinin tarixi açıqlandı  |     12:47 Ermənistanı silahlandıran Fransa özü müdafiəsiz qala bilər  |    

Saxlanılan tiktokerlərə sponsorluq edənlər də cinayət məsuliyyəti daşıyır? - FOTO

"TikTok"da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin məsələnin digər tərəfi maliyyə axını ilə bağlıdır. Belə ki, həmin verilişlərə bir çox şirkətlər sponsorluq edir, verilişin ərsəyə gəlməsinə maddi dəstək olurlar.

Məsələyə hüquqi aspektdən yanaşsaq, həmin şirkətlər də məsuliyyət daşıyırmı?


Median.Az xəbər verir ki, mövzunu oxu.az-a şərh edən hüquqşünas Emil Aslanov bildirib ki, əgər hər hansı bir cinayətin törədilməsinə kömək edilirsə, burada da təbii ki, kömək edən şəxslərin də əməlində cinayət tərkibi yaranır:


"Bu da Cinayət Məcəlləsinin 32.5-ci maddəsində əksini tapır. Maddədə qeyd edilir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır və cinayət törətmiş şəxslə eyni qaydada məsuliyyətə cəlb edilir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            345 24.12.24 14:37