Qışı qarlı və şaxtalı olan ölkələrdən bir çox turist ilin ən soyuq dövründə isti bölgələrə getməyə üstünlük verir.
Qaynarinfo "The Daily Express"ə istinadən xəbər verir ki, "LA Travel"in son araşdırmasında noyabrdan mart ayına qədər gözəl isinmək üçün dünyanın ən günəşli 10 yerinin siyahısını dərc edib.
Reytinq bu ölkələrin hər birində gündə günəşli saatların sayına əsaslanır. Qışda gündə 12 saatdan çox günəş işığının olduğu Tanzaniyadakı Zanzibar arxipelaqı reytinqə başçılıq edir.
Qış tətili üçün dünyanın ən günəşli 10 ölkəsi:
1. Zanzibar, Tanzaniyada gündə orta hesabla 12,06 saat günəş işığı düşür
2. Male, Maldiv adaları - 11.88 saat
3. Keyptaun, Cənubi Afrika - 11.47 saat
4. Bali, İndoneziya - 10.71 saat
5. Qahirə, Misir - 10.65 saat
6. Çianq Mai, Tayland - 10.53 saat
7. Mayami, Florida - 10.53 saat
8. Tenerife, Kanar adaları, İspaniya - 10.35 saat
9. Fuerteventura, Kanar adaları, İspaniya - 10.35 saat
10. Mərakeş, Mərakeş - 10.06 saat