Aleksandr Lukaşenko Belarusda keçiriləcək növbəti prezident seçkisində namizəd kimi qeydə alınıb.
Bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Beləliklə, A.Lukaşenko yeddinci dəfə Belarus dövlətinin başçısı postuna namizədliyini irəli sürüb.
Qeyd edək ki, Belarusda növbəti prezident seçkisi 2025-ci il yanvarın 26-da keçiriləcək.