Sloveniya İsraili "Avroviziya" Mahnı Müsabiqəsindən kənarlaşdırmaq üçün Avropa Yayım Birliyinə rəsmi müraciət edib.
Azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, Sloveniya 7 oktyabr 2023-cü ildən Qəzza zolağına davam edən hücumlara görə İsrailin yarışmadan xaric edilməsini tələb edib.
Sloveniya bəyan edib ki, tələbləri qəbul olunmazsa, etiraz əlaməti olaraq müsabiqədən özü kənarlaşacaq.