İran şirkətləri Dəməşqdəki yeni hakimiyyətlə iki ölkə arasında hava əlaqələri razılaşdırılmadığı üçün Suriyaya bütün uçuşları yanvarın 22-dək ləğv ediblər.
Bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzane xəbər yayıb.
O qeyd edib ki, hava əlaqələrini bərpa etmək üçün təyinat ölkəsindən icazə almaq lazımdır.
"Hazırda Suriyaya uçuşlar yanvarın 22-dək qadağandır, lakin Livana heç bir məhdudiyyət yoxdur", - deyə təşkilat rəhbəri bildirib.
O, Misirlə də eyni vəziyyətin mövcud olduğunu deyib.
"İki ölkənin hakimiyyəti İrandan Misirə və geriyə uçuşları həyata keçirə bilməyimiz üçün vahid nəticəyə gəlməlidir", - deyə Purfərzane əlavə edib.