Polad Bülbüloğlu Monteneqronun Rusiyaya yeni təyin edilmiş səfiri ilə görüşüb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:01 Prezident nəvələrinə COP29-da iştirakına görə təşəkkürnamə verdi - FOTO  |     16:49 Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu  |     16:42 Havaydakı Kilauea vulkanı aktivləşib  |     16:14 Tələbə kartının üstünlükləri nələrdir? (AÇIQLAMA)  |     16:09 Cəlilabadda hotel yanır  |     15:41 Hikmət Mirzəyev Bayraktaroğluyla görüşdü  |     15:27 Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsulun adı açıqlandı  |     15:20 Suriyaya Rusiya bazalarını təxliyə etmək üçün gedən gəmi batdı  |     15:17 Bakıda yumurta bahalaşıb? (AÇIQLAMA)  |     15:09 Rusiyalı politoloq: "Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir"  |     14:37 Saxlanılan tiktokerlərə sponsorluq edənlər də cinayət məsuliyyəti daşıyır? - FOTO  |     13:55 Kür çayı can aldı  |     13:17 Arvadını boğaraq öldürən şəxs: "Telefonda başqa şəxslə danışanda tutdum"  |     13:15 İran Suriyaya bütün aviareysləri dayandırdı  |     13:00 "TikTok"da əxlaqsızlığı təbliğ edənlərə qarşı əməliyyat: Şairə İlhamə Elşadqızı da saxlanıldı  |     12:44 Nəriman Axundzadə ilin ən yaxşı futbolçuları SİYAHISINDA  |     12:38 İnternet vasitəsi ilə qumar oyunları təşkil edən qardaşlara hökm oxundu  |     12:31 Nişan günü qan töküldü: Arvadının başını kəsdi - Ötən gün baş verən qətlin təfərrüatı (VİDEO)  |     12:17 Bu tarixdə günəşə rekord yaxınlıq baş verəcək  |     11:56 Xəzər dənizi ilə 23 kiloqramdan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı  |    

Polad Bülbüloğlu Monteneqronun Rusiyaya yeni təyin edilmiş səfiri ilə görüşüb - FOTO

Oktyabrın 13-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Monteneqronun Rusiya Federasiyasına yeni təyin edilmiş Səfiri Milorad Şçepanoviçi onun xahişi ilə qəbul edib.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Polad Bülbüloğlu ona diplomatik işində müvəffəqiyyətlər arzulayıb və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində apardığı fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüş əsnasında Azərbaycanla Monteneqro arasında ikitərəfli münasibətlərin hazırkı durumu, onların daha da dərinləşdirilməsinin əhəmiyyəti və bunun üçün kifayət qədər potensialın mövcud olduğu vurğulanıb. Qeyd edilib ki, iki ölkənin beynəlxalq səviyyədə sıx əməkdaşlıq edərək bir-birinə lazımi dəstək göstərməsi əlaqələrin yüksələn xətlə inkişaf etməsindən xəbər verir.

P.Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, onun tarixi, hüquqi aspektləri və nəticələri, hal-hazırda isə ölkəmizin Dağlıq Qarabağ bölgəsində işğalçı dövləti sülhə vadar etmək üçün ordumuzun keçirdiyi hərbi əməliyyatlar haqqında həmsöhbətini ətraflı məlumatlandırıb. Ermənistanın təxribatları, cəbhə bölgəsindən kənarda yerləşən şəhərlərdəki yaşayış məntəqələrinin və mülki şəxslərin ağır silahlardan atəşə tutulması barədə məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Bildirib ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi cinayətlər dinc əhali arasında xeyli sayda insan tələfatına səbəb olub.

Səfir qeyd edib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mülki şəxsləri hədəfə alması və beləliklə də humanitar hüququ kobud şəkildə pozması beynəlxalq məsuliyyət yaradır və dünya ictimaiyyəti tərəfindən qınanılmalıdır.

P.Bülbüloğlunun sözlərinə görə bugünkü vəziyyət məhz Ermənistanın BMT TŞ-nin müvafiq qətnamələrinə, beynəlxalq regional təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin tələblərinə, ATƏT-nin Minsk Qrupu çərçivəsində on illərlə aparılan danışıqlar zamanı irəli sürülmüş təkliflərə və qrupa daxil olan həmsədr ölkələrinin status-kvonun qəbuledilməzliyi haqda çağırışlarına məhəl qoymadığına, eləcə də işğalçı dövlətin hazırkı rəhbərliyinin məsuliyyətsizliyinə görə yaranıb.

M.Şçepanoviç qəbula və verilən məlumata görə təşəkkür edərək, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini xüsusilə vurğulayıb və əməkdaşlıq üçün hər zaman hazır olduğunu bildirib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            735 13.10.20 19:49