Azərbaycan və Slovakiya XİN başçıları telefonla danışıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:14 Tələbə kartının üstünlükləri nələrdir? (AÇIQLAMA)  |     16:09 Cəlilabadda hotel yanır  |     15:41 Hikmət Mirzəyev Bayraktaroğluyla görüşdü  |     15:27 Bahalaşmaqda hətta bitkoini belə geridə qoyan məhsulun adı açıqlandı  |     15:20 Suriyaya Rusiya bazalarını təxliyə etmək üçün gedən gəmi batdı  |     15:17 Bakıda yumurta bahalaşıb? (AÇIQLAMA)  |     15:09 Rusiyalı politoloq: "Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir"  |     14:37 Saxlanılan tiktokerlərə sponsorluq edənlər də cinayət məsuliyyəti daşıyır? - FOTO  |     13:55 Kür çayı can aldı  |     13:17 Arvadını boğaraq öldürən şəxs: "Telefonda başqa şəxslə danışanda tutdum"  |     13:15 İran Suriyaya bütün aviareysləri dayandırdı  |     13:00 "TikTok"da əxlaqsızlığı təbliğ edənlərə qarşı əməliyyat: Şairə İlhamə Elşadqızı da saxlanıldı  |     12:44 Nəriman Axundzadə ilin ən yaxşı futbolçuları SİYAHISINDA  |     12:38 İnternet vasitəsi ilə qumar oyunları təşkil edən qardaşlara hökm oxundu  |     12:31 Nişan günü qan töküldü: Arvadının başını kəsdi - Ötən gün baş verən qətlin təfərrüatı (VİDEO)  |     12:17 Bu tarixdə günəşə rekord yaxınlıq baş verəcək  |     11:56 Xəzər dənizi ilə 23 kiloqramdan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı  |     11:47 Ağdaşda narkotiklə bağlı 4 nəfər saxlanılıb  |     11:29 Daha bir “TikTok”er həbs edildi  |     11:17 Makron hökumətin yeni tərkibini təsdiqlədi  |    

Azərbaycan və Slovakiya XİN başçıları telefonla danışıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçok ilə telefon danışığı baş tutub.

XİN-dən "Report"a verilən məlumata görə, İ.Korçok bölgədəki gərginlikdən ciddi narahatlığını ifadə edib və siyasi dialoqun bərpa edilməsinin vacibliyini vurğulayıb.

C.Bayramov həmkarına 27 sentyabr 2020-ci il tarixində cəbhə xətti boyunca Ermənistan tərəfindən həyata keçirilmiş növbəti genişmiqyaslı hərbi təxribat və Ermənistanın hərbi təcavüzünü dəf etmək və əhalinin sıx yerləşdiyi mülki yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvlərinin hücumlara qarşı əks həmlə əməliyyatı barədə məlumat verib. Nazir 10 oktyabr 2020-ci il tarixində humanitar atəşkəs elan olunduqdan sonra da Ermənistanın qəsdən Azərbaycan mülki əhalisini və mülki obyektlərini atəşə tutmağa davam etdiyini qeyd edib. Naftalan, Şəmkir, Mingəçevir və Gəncə də daxil olmaqla cəbhə bölgəsindən çox uzaqda yerləşən Azərbaycan şəhərlərinin Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalması haqqında məlumat verib.

C.Bayramov regionda davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün münaqişənin nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 119 12.10.20 22:20