Elmar Məmmədyarovun Toivo Klaar ilə telefon danışığı olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Elmar Məmmədyarovun Toivo Klaar ilə telefon danışığı olub

Aprel 29-da Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon söhbəti baş tutub.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində bölgədəki son vəziyyət, eləcə də Avropa İttifaqı ölkələrinin hazırkı durumu ətrafında ümumi fikir mübadiləsi apardılar və bu xüsusda beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər.

Telefon söhbəti zamanı tərəflər xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsinə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video-konfrans şəklində baş tutmuş görüşü barədə məlumat verdi, danışıqların formatının və gündəliyinin dəyişilməz qaldığını qeyd edib.

O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin, o cümlədən Ermənistan silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin öz üvlərinə və mülklərinə geri qayıtmasının vacibliyini vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 187 29.04.20 23:26