Ukraynada dövlət rəsmilərinə “erməni soyqırımı” ifadəsindən istifadə etmək qadağan edildi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Ukraynada dövlət rəsmilərinə “erməni soyqırımı” ifadəsindən istifadə etmək qadağan edildi - FOTO

Ukrayna Ali Radasının deputatı Darya Volodina öz “Facebook” səhifəsi vasitəsilə bu ölkənin Xarici İşlər nazirinin müavini Vasili Bodnarın Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət orqanlarının nümayəndələrinə göndərdiyi məktubunun fotosunu paylaşıb.

“Rusarminfo” xəbər verir ki, Bodnar sözügedən məktubda Ukraynanın “erməni soyqırımı”nı (dırnaqlar saxlanılıb) tanımadığını bildirir və “Osmanlı İmperiyasında 24 aprel 1915-ci il faciəvi hadisələri” ifadəsindən istifadə edir.

Ukraynalı dövlət rəsmisinin sözlərinə görə, Osmanlı İmperiyasının erməni əhalisi ilə baş verən hadisələr 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş soyqırımı termininin tərifinə (hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə edilən hərəkətlər) daxil deyil.

Bodnar həmçinin əlavə edib ki, Ermənistan daim Rusiyanın xarici siyasətini dəstəkləyir və beynəlxalq toplantılarda Ukrayna üçün vacib qərarların, qətnamələrin əleyhinə səs verir.

Dövlət rəsmisi soyqırımı məsələsinin Ukraynanın strateji tərəfdaşı olan Türkiyə üçün həssas mövzu olduğunu qeyd edib və bununla tarixçilərin məşğul olmalı olduğunu vurğulayıb.

Yekunda Bodnar məktub ünvanladığı Ukrayna rəsmilərindən “Erməni Soyqırımı”nın 105 illiyinin anım tədbirlərində iştirak etməmələrini və “erməni soyqırımı” terminini istifadə etməmələrini xahiş edib.

Sözügedən məktubu şərh edən Darya Volodina isə Xarici İşlər Nazirliyindəki “bəzi işçilərin savadsız” olduğunu söyləyərək soyqırımı iddiasının ABŞ, Fransa, Kanada, Almaniya, İtaliya, Hollandiya kimi ölkələr tərəfindən tanınmasını xatırladıb.

Qeyd edək ki, daha əvvəl də Daria Volodinanın “erməni soyqırımı”nın anımı ilə bağlı təklifi Ukrayna Ali Radası tərəfindən rədd edilmişdi.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 393 22.04.20 22:52