Azərbaycanlıların Fransada müvəqqəti yaşamaq icazəsinin müddəti uzadılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Azərbaycanlıların Fransada müvəqqəti yaşamaq icazəsinin müddəti uzadılır

Fransa hökuməti koronavirus pandemiyasının ölkə ərazisində kütləvi yayılması səbəbindən xarici vətəndaşların müvəqqəti yaşamaq icazəsinin etibarlılıq müddətini uzadır.

Median.Az
report-a istinadən xəbər verir ki, ölkədə karantin rejiminin tətbiqindən dolayı müvəqqəti yaşamaq icazəsinin verilməsi və vaxtının uzaldılması kimi xidmətlər təxirə salınıb.

Ona görə də ölkə ərazisində qanuni yaşayan, lakin müvəqqəti yaşamaq icazəsi martın 16-da bitən xarici vətəndaşların sənədlərinin etibarlılıq müddəti üç ay müddətinə avtomatik olaraq uzadılacaq.

“İşləmək, sosial təminatlardan bəhrələnmək hüquqlarından məhrum olmamaları və ölkə ərazisində qanuni şəkildə yaşamaqda davam etmələri məqsədilə martın 16-da müvəqqəti yaşamaq icazəsi bitən xarici vətəndaşların sənədləri üç ay müddətinə uzaldılacaq“, - Paris Şəhər Polis Prefekturasının bu gün verdiyi qərarda bildirilir.

Qərar Fransada sığınacaq almaq üçün müraciət edən və müraciətlərinə cavab gözləyən mühacirlərə də şamil olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 176 17.03.20 19:55