Elçin Əlibəyli Maral və Bayram Nurluya görə hər kəsdən üzr istədi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Kürdəmirdə 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı  |     22:47 Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi  |     22:37 Azərbaycanda ana iki qızını KÜÇƏYƏ ATDI: "Üçüncüsü isə..."  |     22:29 Biləsuvarda bunu edənlər cəzalandırıldı  |     22:20 Ukraynada hərbi vəziyyət yenidən uzadıldı  |     22:12 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır  |     22:05 Azərbaycana əczaçılıq məhsullarının idxalı 36 faizdən çox azalıb  |     21:59 Rusiyalı məşhur reper axtarışa verildi - FOTO  |     21:40 Azərbaycana gələn turistlər nədən narazıdırlar? - VİDEO  |     21:31 Hacıqabulda avtomobil azyaşlını vurdu  |     21:23 Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu  |     21:11 Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı  |     20:58 Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb  |     20:50 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb  |     20:37 Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb  |     20:36 Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb  |     20:29 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb  |     20:18 Gədəbəydə “Yaşıl marafon" keçirilib  |     20:11 İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür  |     20:01 Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb  |    

Elçin Əlibəyli Maral və Bayram Nurluya görə hər kəsdən üzr istədi - VİDEO

Ötən il Elçin Əlibəylinin özünün "El bizim, sirr bizim" verilişində Maral Tahirqızını qovması ictimaiyyət tərəfindən narazılıqla qarşılandı və hələ də mövzu ilə ona iradlar bildirənlər var.

Teleaparıcı Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul etdiyini bildirərək ictimai şəkildə hər kəsdən üzr istəyib:

"İki məsələ ilə bağlı aydınlıq gətirmək və daha çox sizdən, üzr istəmək niyyətindəyəm. Maral Tahirqızı ilə bağlı bütün iradları qəbul edirəm və bir xanım kimi onunla o cür rəftar etməli deyildim. Sadəcə həmin vaxt mən onun qismində qadın yox, sənətə yüngüllük gətirən şəxslərin birləşmiş obrazını gördüm və bir növ partladım. Əlbəttə, bunu etməli deyildim, amma hər kəsin iş prosesində səhvi ola bilər. Bu baxımdan birinci hamınızdan, ayrıca Maral Tahirqızından sırf qadın olduğu üçün üzr istəyirəm.

İkinci, Bayram Nurlu məsələsinə aydınlıq gətirim. KİV-də və dövlət qurumlarında çalışanlar bilir ki, bir çox halda icraçılar üzdə olub, qınansa da məsələlər onlarsız həll olunur. Dolayısı ilə nə dediyimi anladınız və rica edirəm, anlaşıqlı olub, bu məsələdə məni qınamayasınız. Hər birimiz elə situasiyalar olub ki, övladımıza görə nəyisə udmalı olmuşuq. Ola bilsin bu mənim işimə xəyanətdir, qəbul edirəm. Buna görə də sizin hər birinizdən üzr istəyirəm və söz verirəm ki, sonrakı fəaliyyətimdə bunlara oxşar və ya digər irad bildirdiyiniz məqamlar təkrarlanmayacaq. Sizə mənə olan münasibətinizdən asılı olmayaraq, hər birinizə dərin ehtiramımı bildirirəm!"скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 611 30.08.19 13:21