Nadir Qafarzadə ilə Kamran Ağabalayev arasındakı söz savaşı yenidən qızışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Kürdəmirdə 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı  |     22:47 Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi  |     22:37 Azərbaycanda ana iki qızını KÜÇƏYƏ ATDI: "Üçüncüsü isə..."  |     22:29 Biləsuvarda bunu edənlər cəzalandırıldı  |     22:20 Ukraynada hərbi vəziyyət yenidən uzadıldı  |     22:12 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır  |     22:05 Azərbaycana əczaçılıq məhsullarının idxalı 36 faizdən çox azalıb  |     21:59 Rusiyalı məşhur reper axtarışa verildi - FOTO  |     21:40 Azərbaycana gələn turistlər nədən narazıdırlar? - VİDEO  |     21:31 Hacıqabulda avtomobil azyaşlını vurdu  |     21:23 Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu  |     21:11 Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı  |     20:58 Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb  |     20:50 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb  |     20:37 Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb  |     20:36 Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb  |     20:29 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb  |     20:18 Gədəbəydə “Yaşıl marafon" keçirilib  |     20:11 İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür  |     20:01 Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb  |    

Nadir Qafarzadə ilə Kamran Ağabalayev arasındakı söz savaşı yenidən qızışdı

Müğənni Nadir Qafarzadə ilə aktyor Kamran Ağabalayev arasında qalmaqal daha da şiddətlənib.

Median.Az
oxu.az=a istinadən xəbər verir ki, Qafarzadənin "Pis qadının başını kəsərlər" fikirləri Ağabalayevi özündən çıxarıb.

Aktyorun müğənni barədə yazdığı "Botoks dodaqlardan çıxan "kişi pis qadının başını kəsər" ifadəsi bir az şey çıxır, yəni zad çıxır" sözləri cavabsız qalmayıb.

Nadir Kamran haqqında saytlardan birində yayımlanan "Azərbaycanlı aktyor erməni ilə filmə çəkilir" başlıqlı yazını şəxsi "İnstagram" hesabında paylaşaraq, qarşı tərəfə sərt ismarıc yollayıb:

"Azərbaycanlı kişi aktyor erməni ilə filmə çəkilir. Deyəcəksiniz ki, bu, onun işidir və qonorar alır. Tüpürüm o pula. Ağız dolusu kişilikdən danışır".

Yaşanan qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı hər iki sənətçi ilə əlaqə saxlayıb.

N.Qafarzadə K.Ağabalayevi tanımadığını və bir incəsənət nümayəndəsinin digəri haqqında təhqirlər deməsini nalayiq hərəkət kimi qələmə verib:

"Mən şəxsən o insanı tanımıram. Ona görə yox ki, o mənim haqqımda nəsə deyib. Doğrudan onu tanımırdım. Amma haqqımda fikir bildirəndən sonra tanıdım. Sən məni tanımırsan və tanımadığın insan haqqında ağzına gələni danışırsan. Bir incəsənət nümayəndəsinə bu yaraşarmı? Mən paylaşdığım statusda onu təhqir etmədim. Onun valideyinlərinə, ailəsinə, özünə hörmət qoyuram. Çünki mənim də ailəm və valideyinlərim var. Mən özümü qoydum onun yerinə. Adam danışanda da təhqirlə tənqidi düzgün ayırd etməlidir. Onun mənimlə nə problemi var? Bəlkə də o mənimlə gündəmə gəlmək istəyir, ona görə bu cür addımlar atır?! Amma bu, yolverilməzdir. Bir-birimizə hörmət etməliyik. Cahil və savadsız adam danışsaydı, məni yandırmazdı. Amma sən o boyda universitet bitirmisən, ali savadlı peşəkar aktyorsan. Ağzına yaraşmayan sözləri, fikirləri dilinə alırsan. Elə əsl faciə də budur".

K.Ağabalayev isə qarşı tərəfin fikirlərini birmənalı qarşılamayıb, özünü Nadirin səviyyəsinə salmaq istəmədiyini deyib.

"Mənə bu mövzu maraqlı deyil. Heç bu haqda açıqlama vermək də istəmirəm. Özümü onun səviyyəsinə salmaq istəmirəm. Erməni obrazını kim oynamalıdır, yapon yoxsa erməni? "Erməni"ni elə erməni oynamalıdır da. Nadir tərəfindən səslənən fikirlər isə çox absurddur. Onu yazan jurnalistdə də az günah yoxdur. Başlığa yazıb ki, mən bir filmdə erməni ilə tərəf müqavili olacam. Sən filmin ssenarisini oxumusan? Bilirsən ki, heç mənim tərəf müqabilim kimdir? Yəni o boyda adamların arasından epizodda çəkilən ermənini gördün? Bütün bu söhbətlər yersizdir. Yaxın günlərdə yaşanan bu qalmaqal haqda geniş müsahibə verəcəm. Mənim deməyə hələ çox sözüm var", - deyə aktyor bildirib.

Qeyd edək ki, aktyor Kamran Ağabalayev İstanbul, Krım və Sankt-Peterburqda lentə alınan "Rus kölə" adlı serialda Bəyazid Ağa obrazını canlandıracaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 582 29.08.19 19:18