"Oğlum mənə yox, atasına oxşayır. Ağlağan uşaq deyil, atası kimi sakitdir. Hətta sifət quruluşu da ona bənzəyir".
Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Söhbət var" verilişində deyib.
Yeni doğulan övladı Osmandan danışan sənətçi oğlunu xalasının saxladığını bildirib:
"Sifətdən 1 qram da mənə oxşamır. Adını atası ilə birgə qoyduq, amma əsas fikir məndən gəldi. Osman adını hədsiz bəyənirəm. Bu adı seçməkdə 2 əsas səbəbim var: birincisi, 3-cü xəlifə Osman ibn Əffan. Ən varlı və mərhəmətli xəlifə olub. İkincisi, Osmanlı imperiyasının əsasını qoyan Osman Qazi. Buna görə də bu adı seçdim”.