Mojo.az Banner
21:49 Bakıda iki küçə təmir işləri ilə əlaqədar bağlanacaq  |     21:40 Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     21:30 "Yeni vəziyyətə hazırlıqlarımızı görmüşük" - Ərdoğan  |     21:04 Antuan Qrizman komandasını dəyişdi  |     20:44 Filippində fövqəladə vəziyyət rejimi elan edildi  |     20:27 İmtahandakı yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama  |     20:26 Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub  |     20:04 Ət bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?  |     19:49 Əraqçi: Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır  |     19:41 "QatarEnergy" fors-major elan etdi  |     19:36 XTQ-dən şəhid ailələri və qazilərə bayram təbriki  |     19:35 Qazaxın Daşsalahlı kəndində açıq ərazidə YANĞIN - Video  |     19:25 İsrail İrana 3 mindən çox zərbə endirib  |     19:17 Ötən gün 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb  |     19:09 Qəbələdə 50 yaşlı kişi dağdan yıxıldı - Hadisə yerindən GÖRÜNTÜLƏR (Video)  |     18:57 Ombudsman DTX-nin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına baş çəkib  |     18:45 "Barselona" Kanselunu komandada saxlamaq istəyir  |     18:31 Rusiya Xarkovda yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb  |     18:21 Çexiya tarixinin ən böyük antikorrupsiya əməliyyatı: Hakimlər, oyunçular SAXLANILDILAR  |     18:00 Türkiyə ordusu şəhid verdi  |    
Left Banner
Right Banner

Bəzi dövlət qulluqçularına aylıq kompensasiya ÖDƏNİLƏCƏK - MƏBLƏĞ

25.02.2025 19:17 453
Bəzi dövlət qulluqçularına aylıq kompensasiya ÖDƏNİLƏCƏK - MƏBLƏĞ
Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu qayda rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.

Rotasiya olunana kompensasiya və birdəfəlik ödəniş verilməsində məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir.

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 (iki yüz əlli) manat məbləğində aylıq pul kompensasiyası ödənilir.

Rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən müvafiq kompensasiyanın 50 faizi məbləğində pul kompensasiyası ödənilir.

Rotasiyanın tətbiq edildiyi vəzifədə qulluq müddəti ərzində ailə üzvlərinin tərkibində hər hansı dəyişiklik olduqda, rotasiya olunan bu barədə 10 (on) gündən gec olmayaraq, dövlət orqanının kadr qurumuna, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxsə məlumat verməlidir.

Yaşadığı inzibati ərazi vahidindən 50 kilometrdən artıq uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunan, lakin yaşayış yerini dəyişməyən dövlət qulluqçusuna yalnız bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiya ödənilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 21-1-ci maddəsinin şərtləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir.

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə keçirilən dövlət qulluqçularına ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 3 (üç) misli məbləğində birdəfəlik ödəniş verilir.

Birdəfəlik ödəniş yaşadığı inzibati ərazi vahidini dəyişən rotasiya olunana yeni inzibati ərazi vahidinə yerləşməsi üçün köç xərci və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.

Bu Qaydanın 3.1-ci bəndinə uyğun ödənilən birdəfəlik ödəniş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün ödənilən müavinəti əvəz etmir.

Bu Qaydaya uyğun olaraq kompensasiya və birdəfəlik ödənişin verilməsi dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.

Bu Qaydanın qüvvəyə mindiyi günədək rotasiyanın tətbiq edildiyi sahələrə və vəzifələrə təyin edilən şəxslərə bu Qayda şamil edilmir.

Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan kompensasiyanın məbləğinə üç ildə bir dəfə yenidən baxılır.скачать dle 11.3
Mojo.az Banner