Mojo.az Banner
18:30 Küləyin sürəti 28 m/s-dək güclənir - FAKTİKİ HAVA  |     18:28 Suriyadan gətirilən daha 5 nəfər dəstək prosesinə cəlb edilib  |     18:25 Azər Qəribin oğlunun 230 min manat borcu yaranıb  |     18:12 Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" - Video  |     18:03 İran yeni nüvə bloklarının tikintisinə başlayır  |     17:59 Binədə doqquz mənzili talayan şəxs ələ keçdi - Video  |     17:50 Şagird yerdəyişməsi müvəqqəti dayandırılır  |     17:29 Bakının mərkəzində iki park BİRLƏŞDİRİLİR - FOTO  |     17:27 MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq  |     17:23 Təhlükəli məhsul ölkəyə necə daxil olur? — AİİB açıqladı  |     17:14 Böyük qarşıdurmanın astanası? Türkiyə–İsrail xəttində gərginlik  |     17:08 Uşaqların qəzəbi niyə bu qədər təhlükəli hal alır?  |     16:23 Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı (Video)  |     16:20 İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq  |     16:01 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu  |     15:50 Bu binalarda kombi quraşdırılmasına icazə veriləcək  |     15:38 MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi  |     15:31 Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi  |     15:26 Azərbaycan səmasında parlaq izlər görünə bilər  |     15:22 Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ  |    
Left Banner
Right Banner

Sabunçuda 15 nəfərin ölümünə görə sahibkar həbs edildi

25.02.2025 22:45 750
Sabunçuda 15 nəfərin ölümünə görə sahibkar həbs edildi
Hadisə yerlərindən götürülmüş “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti sahibkar Səbuhi Xanhüseynovunrəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub.

​Sabunçuda 15 nəfərin ölümündə “Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı təqsirləndirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Araşdırma zamanı həmin şəxslərin 40-60 yaşlarında olmaqla, spirtli içki alüdəçiləri olmaları, 13-nün kişi, 2-nin qadın cinsli olmaları, 1 nəfər kişi cinsli şəxsin şəxsiyyətinin məlum olmaması təsbit edilib.

Həmçinin, araşdırmalarla müəyyən edilib ki, hadisə yerlərindən götürülmüş “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xanhüseynov Səbuhi Ehtibar oğlunun rəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub.

2025-ci ilin yanvar ayında Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 200.2.2-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə təqsirli bilinərək 5 min manat cərimə cəzasına məhkum olunmuş 1988-ci il təvəllüdlü Səbuhi Xanhüseynovun istehsalat sexinə baxış keçirilməklə möhürlənib.

Hadisə yerlərində aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.

S.Xanhüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, apteklərdə və ticarət müəssisələrində reydlər keçirilməklə, qeyd olunan texniki spirt və vasitələrin tüfeyli şəxslərə satışının dayandırılması, tüfeyli hətat tərzi keçirən və ölmüş şəxslərlə birgə içki qəbul etmiş şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi barədə rayon polis idarəsinə tapşırıqlar verilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir
скачать dle 11.3
Mojo.az Banner