Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |    
Mojo.az Avto
Mojo.az Avto

Taekvondoçular Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün ikiqat əziyyət çəkməli olacaqlar

25.02.2025 18:55 840
Taekvondoçular Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün ikiqat əziyyət çəkməli olacaqlar
Taekvondoçuların Olimpiya Oyunlarına lisenziya qazanmaq qaydaları dəyişdirilib.

Bunu Dünya Taekvondo Federasiyasının Mətbuat Xidməti açıqlayıb.

Qurum Olimpiya reytinq xallarının hesablanması qaydasını dəyişib. Reytinq əvvəlki kimi 4 illik dövrü deyil, "Paris-2024"dən sonra hər biri 2 ili əhatə edən iki mərhələdən ibarət olacaq. Bu dəyişiklik Beynəlxalq Olimpiya Komitəsinin (BOK) daha ədalətli və dinamik sıralama sisteminin yaradılması ilə bağlı tövsiyələrinə uyğunlaşdırılıb.

Yeni sistemə əsasən, reytinq xalları hər il 50% azalacaq. Bu xallar hər iki illik tsiklin sonunda sıfırlanacaq.

Birinci mərhələ 2024-cü ilin iyulundan 2026-cı ilin iyununa qədər, ikinci mərhələ isə 2026-cı ilin iyulundan 2028-ci ilin iyununa qədər olan dövrü əhatə edir.

Taekvondoçu 2024-cü ilin oktyabrında 40 xal qazanarsa, həmin xallar 2024-cü ilin noyabr ayının reytinqində əks olunacaq. Bir il sonra - 2025-ci ilin noyabrında 50% azalaraq 20 xala bərabər sayılacaq.

2026-cı ilin iyulunda ikinci mərhələ başladıqda əvvəlki xallar silinəcək. 2025-ci ilin oktyabrında əldə edilən reytinq xalları da 2026-cı ilin iyununa qədər qüvvədə qalacaq.

Birinci mərhələdə qazanılan xalları ikinci dövrdə Qran-pri yarışlarında sıralamanı müəyyən etmək üçün istifadə olunacaq. Bir sözlə, ilk mərhələdəki qazanc növbəti dövrdə Qran-pri turnirlərində vəsiqə qazanmaq və DÇ-yə qatılmaq üçün əhəmiyyət daşıyır.

İkinci mərhələdəki reytinq xalları Olimpiya vəsiqələrini müəyyən edəcək. 2028-ci ilin yanvarında dərc olunan Olimpiya reytinqlərinə əsasən hər çəki kateqoriyasında ilk beş yeri tutan idmançılar "Los-Anceles-2028"ə birbaşa vəsiqə qazanacaqlar. Olimpiya sıralamaları isə 2028-ci ilin iyun reytinqinə əsasən müəyyənləşəcək.

Bununla belə, eyni ölkədən ikidən çox idmançı ilk üçlüyü başa vurarsa, Qran-pri Seriyasının yeri ən yüksək reytinqli idmançıya, qalan yerlər isə başqa ölkənin növbəti ən yüksək reytinqli idmançısına veriləcək.

"Böyük dəbilqə" seriyasının çempionunun da Olimpiyaya vəsiqə alması meyarları dəyişib. Əvvəlki illərdə burada 1-ci yeri tutan idmançı Olimpiya reytinqində də ilk "beşliy"ə daxil olsaydı, lisenziya növbəti ən yüksək reytinqli taekvondoçuya verilirdi. Yeni sistemə əsasən, bu yer "Böyük dəbilqə"də 2-ci olan idmançıya veriləcək. Əgər 2-ci olan idmançı da "beşlik"də yer alıbsa, həmin yer Olimpiya reytinqində növbəti ən yüksək yeri tutan idmançıya veriləcək.

Qeyd edək ki, digər lisenziyalar Olimpiya Təsnifat Turnirlərində sahiblərini tapacaq.

Son xəbərlər