Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Olimpiya çempionlarımız liderlər siyahısında üçlükdə qərarlaşıblar

03.08.2024 17:44 1 416
Olimpiya çempionlarımız liderlər siyahısında üçlükdə qərarlaşıblar
Azərbaycan təmsilçiləri Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinqinin liderləri kimi qatıldıqları Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan azsaylı cüdoçu sırasında yer alıblar.

Hər iki dünya çempionu Fransa paytaxtındakı yarışa öz çəkisində reytinq sıralamasının birincisi kimi başlayıb.

Hidayət və Zelimdən başqa, yalnız bir cüdoçu reytinq favoriti statusunu Parisdə doğrulda bilib. Üçlükdəki digər idmançı ikiqat Olimpiya çempionu gürcü Laşa Bekauridir. O, 90 kq çəkidə fərqlənib.

Qadınların yarışına gəlincə, dünya reytinqində lider olan dörd idmançı titul qazanıb. Bunlar özbək Diora Keldiorova (52 kq), kanadalı Krista Dequçi (57 kq), xorvatiyalı Barbara Matiç (70 kq) və italiyalı Alise Belandidir (78 kq).

Son xəbərlər