"Vasif Məhərrəmli, Xatirə İslam, Faiq Ağayev kimi sənətçilərimiz həmişə vergi ödəyir. Onların 10 milyonluq villaları olsa belə heç kim onlara heç nə deyə bilməz".
Median.Az big.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev "Hər şey daxil" verilişində deyib.
O bildirib ki, vergi ödəməyən sənətçilərin adını verilişində açıqlayacaq.