“Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsini translyasiya edən İsrail saytı naməlum şəxslərin hücumuna məruz qalıb.
Saytın direktorunun sözlərinə görə, hakerlər translyasiyanı əllərinə keçirmək istəyiblər, lakin bunun qarşısını almaq mümkün olub.
Buna baxmayaraq, bir neçə saniyə ərzində tamaşaçılar haker hücumunun şahidi ola biliblər: Tel-Avivdə partlayışları nümayiş etdirən kadrlar efirə gedib.