“Anası deyəndə ki, hamiləyəm, onu döydüm” – Nazpərinin qardaşı qızından danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Bəhreyn kralı Leyla və Arzu Əliyevaları qəbul edib - Fotolar  |     22:45 Sabunçuda 15 nəfərin ölümünə görə sahibkar həbs edildi  |     22:38 Apteklər onlara spirt satmayacaq!  |     22:30 Azərbaycan XİN Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb  |     22:24 Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb  |     22:11 Ordumuzun hərbçisi qəfil vəfat etdi - Foto  |     22:04 Gimnastika Federasiyasının baş katibi vəzifəsindən azad edildi  |     21:40 Mütəxəssisdən xəbərdarlıq: "Xoş qoxulara aldanmayın, ciddi problemlər yaradır"  |     21:29 İş adamı Qurban Piriyev yarım milyon İTİRDİ: Məsələdə adı hallanan qadın ÖZÜNÜ ÖLDÜRDÜ  |     20:43 Joze Mourinyo "Qalatasaray"ı məhkəməyə verəcək  |     20:26 Mətbəxi təmizləməyə görə iki nəfəri bıçaqladı: Qanlı hadisənin TƏFƏRRÜATI (VİDEO)  |     19:57 İsrailin mərkəzində güclü partlayış səsləri eşidilib  |     19:45 Azərbaycanda məşhur universitet BAĞLANIR  |     19:35 Polşa qırıcı təyyarələrini havaya qaldırıb  |     19:25 Sabah Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq  |     19:17 Bəzi dövlət qulluqçularına aylıq kompensasiya ÖDƏNİLƏCƏK - MƏBLƏĞ  |     18:55 Taekvondoçular Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün ikiqat əziyyət çəkməli olacaqlar  |     18:30 Hava daşımalarında baqaja vurulan zərərə görə məsuliyyət həddi müəyyənləşib  |     18:27 Bakının əsas prospektində hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırıldı  |     18:00 Müğənni Ayaz Qasımova vəzifə verildi  |    

“Anası deyəndə ki, hamiləyəm, onu döydüm” – Nazpərinin qardaşı qızından danışdı

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyev qızı Pərvanənin onun haqda iddialarına cavab verib.

Median.Az
Axşam.az-a açıqlama verən Ağalar qızının ittihamlarını əsassız sayıb:

"O, başdanxarabdır, anası dəlixanada da yatıb. Mən onu bir körpəlikdə, bir də bulvarda görüb, şəkil çəkdirmişəm. Onun anası xəstədir, oğurluq üstündə türməyə düşüb. Onlardan uzaq gəzirdim, onlara reklam lazımdır. Deyiblər ki, belə danış, səni qabağa çəkək. Ağzına gələni danışır, gah deyir qorxuram, gah deyir hamınızı öldürərəm. Mənim ailəm, oğlum var. Hamısı yanımdadır. İşdən çıxıb, evimə gedirəm”.

Dostəliyev Pərvanənin anası Şəhla ilə necə tanış olmasından da söz açıb:

"Onun anasını dostumun ad günündə gördüm. Onları iki rəfiqə bir qadın gətirmişdi. Yeyib-içəndən sonra otelə getdik. Həftədə bir dəfə yanıma gəlirdi. Sonra gördüm ki, başı xarabdır, əl çəkmir. Dedim ki, yanıma gəlmə, amma gəlirdi. Bir-iki sillə vurdum, getdi məni tutdurdu. Neçə dəfə məni həbs etdirib. İndi də məndən əl çəkmirlər”.

Ağalar bildirib ki, Nazpərinin bu hadisədən xəbəri yoxdur:

"Yazıq bacımın bunlardan xəbəri yoxdur, heç sifətlərini bir dəfə də görməyib. Nə onu, nə də anasını... Cavanlıqda fanatlarım var idi. Onarı bacılarımla tanış etməyəcəkdim ki? Doğrudan da, qızımsansa, atana niyə belə ləkə yaxırsan? Deyir ki, 6 yaşında ona təcavüz etmişəm. Gəlsin, görək, harada olub? Belə biabırçılıq olar? İnterpola vermişik, onu buraya gətirdəcəyik. Məni camaat tanıyır, namuslu-qeyrətli adamam. Başqasının xanımına belə baxmıram. Ana-bala ikisi də manyakdılar.

Qızım çayxanalarda oxuyur, 3-5 manat pul qazanır. Mənim ailəm var, iki oğlum var idi, o kimdir ki, onu boynuma götürüm? Əgər mənim qızımdırsa, DNT analizinə gedək. Bir həftədi görüşürdüm, anası dedi ki, səndən üç aylıq hamiləyəm. Ona görə, anasını döydüm, qovdum. Məni məhkəməyə çağırdılar, amma DNT analizi etmədilər. O vaxtı prokuror var idi, dedi ki, sənin soyadını verirəm ona. Prokuroru söydüm ki, soyadımı qıza vermə. Məndən sonra soyadımı ona veriblər”.

Pərvanəni həyatında cəmi iki dəfə gördüyünü deyən Dostəliyev onun "Azəri star”dakı iştirakından da danışıb:

"Anası evini satıb, 1400 dollar İlhamə Quliyevaya pul verdi ki, onu "Azəri star”a keçirsin, İlhamə dedi ki, sənin səsin yoxdur. Dünən ona zəng vurdum, dedim ki, camaat məni yaxşı tanıyır, böhtan atma”.

Qeyd edək ki, Pərvanə Dostəliyeva açıqlamasında 6 yaşında atası tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qaldığını, bibiləri Nazpəri və Zeynəb Dostəliyevanın onun həyatını məhv etdiyini deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 904 18.04.19 13:42