ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı Dağıstanın əməkdar artisti, müğənni Bəsti Bəkirova olub.
Sənətçi, bəzi müğənnilərə iradını bildirib:
“Çox müğənnilər xırdalığa yol verir. Mahnı konkretliyi tələb edir, amma onu ifa edən bəzi müğənnilər o qədər xırdalıq edirlər ki, insan bezir ona qulaq asmaqdan. Mən hətta onların adlarını da çəkə bilərəm. Məsələn, Elnur. Çox gözəl müğənnidir, səsi də var, amma nəyə lazımdır bu qədər xırdalıq? Təranə və Musa cütlüyünə qulaq asmıram. Amma o qız bir dəfə türk mahnsı oxudu. O qız, o mahnını oxuyana qədər səsinin bazasını belə göstərə bilməmişdi. Azərinə qulaq asmıram, yalan deyərəm, amma böyük səsi var. Mən Eltona, Aygün Bayramovaya, Floraya, rəhmətlik İlhaməyə qulaq asıram. Elə Elnura da qulaq asıram, amma o xırdalıqları çıxartsın”.
Aparıcı Elgiz Əkbərin Bəsdi Bəkirovaya “Rəqsanəyə qulaq asırsınızmı?” sualı müğənini özündən çıxarıb:
“Mən ona qətiyyən qulaq asa bilmərəm, nə danışırsız? Xətrimə dəyirsiz”.