İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kiloqram qızılla saxlanılan şəxs diplomat deyil.
APA-nın əldə etdiyi xəbərə görə, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb.
* * * * * *
Türkiyənin İstanbul şəhərində "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb. Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.
Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.
23 noyabr * * * * * *
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda, "Vadistanbul" ticarət mərkəzinin qarşısında dayanmış taksidə aparılan axtarış zamanı 70 kiloqram qızıl ələ keçirilib.
Bu barədə "Cumhuriyyet" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, bu, İstanbul polisinin keçirdiyi əməliyyat zamanı taksidə olan azərbaycanlı M.Ş.G. qızılların ona məxsus olduğunu, özünün də diplomat olduğunu iddia edib. Lakin polis əməkdaşları şübhəlinin ifadəsinə məhəl qoymayaraq onu saxlayıblar.
İstanbul Prokurorluğu hadisə ilə bağlı araşdırmanın davam etdiyini və şübhəlinin diplomatik toxunulmazlığının olub-olmamasının araşdırıldığını açıqlayıb.