Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |    

Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar

Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə rüsumların ləğvi barədə razılığa gələ bilərlər.

Bu barədə Avropa Parlamentinin beynəlxalq ticarət komitəsinin sədri Bernd Lange Almaniyanın NTV telekanalına bildirib.

“Biz Çinlə rüsumların ləğvi üçün həllə yaxınıq. Biz razılaşmaya yaxınıq: Çin Aİ-də elektromobilləri minimum qiymətdən aşağı təklif etməmək öhdəliyini götürə bilər. Bu, ədalətsiz subsidiyalar vasitəsilə rəqabətin təhrif olunması problemini aradan qaldıracaq ki, bu səbəbdən də əvvəlcə rüsumlar tətbiq edilmişdi”, – o vurğulayıb.

Parlamentari həmçinin Almaniyanın mümkün cavab tədbirləri ilə bağlı narahatlıqlarını bölüşmədiyini bildirib: o, nümunə olaraq Çin elektrobayklarına tətbiq edilən rüsumları göstərib ki, Pekin bunların tətbiqinə etiraz etsə də, sonradan bununla barışıb.

Qeyd edək ki, son aylarda Aİ və Çin arasında mediada “ticarət müharibələri” adlandırılan bir neçə böyük ticarət mübahisəsi baş verib. Belə ki, oktyabrın 29-da Avropa İttifaqı ÇXR-dən elektromobil idxalına əlavə rüsumların tətbiqini yekun olaraq təsdiqləyib: istehsalçıdan asılı olaraq bu rüsumlar 35,3 %-ə qədər təşkil edəcək. Çin artıq bu addımı ÜTT-də mübahisələndirib. Eyni zamanda, Brüssel bildirib ki, Pekinlə birlikdə alternativ həll yolunun axtarışını davam etdirəcəklər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 23.11.24 19:26