Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video |
Mojo.az Avto
Mojo.az Avto

Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub

23.11.2024 21:35 1 368
Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub
Göygöl rayonunda bələdiyyə sədrinə məxusus olan "Alik" Firması barəsində idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Məmmədov Rza Camal oğlu olan firma barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Göygöl rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun icraatındadır.

Qeyd edək ki, son ildə "Alik" Firması Göygöl İcra Hakimiyyətinin keçirdiyi onlarla tenderlərin qalibi olub. Şirkətin rəhbəri Rza Məmmədov Üçtəpə bələdiyyəsinin sədridir.

Son xəbərlər