Mojo.az Banner
Left Banner
Right Banner

"Bakı Gəmiqayırma Zavodu" cərimə olunur

04.02.2025 19:23 993
"Bakı Gəmiqayırma Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İşə 12.02.2025-ci il tarixində Qaradağ Rayon Məhkəməsində baxılacaq. 
скачать dle 11.3
Mojo.az Banner