Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |    

Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB

Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib.

Modern.az saytının əldə etdiyi məlumatı deputatların özləri də təsdiqləyiblər. Lakin mənzil alan deputatlar təbrikləri qəbul etsələr də, bu mövzuda danışmağa həvəs göstərməyiblər.

Araşdırma zamanı bu məsələyə dair digər maraqlı məlumatlar da ortaya çıxıb. Məlum olub ki, VI çağırış Milli Məclisin bəzi deputatları mənzil almaq təklifindən imtina ediblər. Bunu onunla əsaslandırıblar ki, yaşayış şəraitləri kifayət qədər yaxşı olduğundan yeni mənzilə ehtiyacları yoxdur.

Amma mənzilləri olan bəzi deputatlar yeni evə də "yox" deyə bilməyib və bunun üçün məktub yazaraq, əlavə yaşayış sahəsinə sahibləniblər.

Beləliklə də yeni mənzil alanlar arasında həm evi olanlar, həm də buna ehtiyac duyanlar var.

Qeyd edək ki, Milli Məclisin əvvəlki çağırışlarında da deputatlara mənzillər verilib.

Xatırladaq ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər.

Sözügedən qanunun 26-cı maddəsində deyilir:

"Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            156 23.11.24 13:35