Xalq artisti Könül Xasıyeva solo konsert verəcək.
Median.az axşam.az-a istinadən bildirir ki, xanəndənin tədbiri martın 17-də Heydər Əliyev Sarayında keçiriləcək.
Maraqlısı isə odur ki, Xasıyeva ötən il yubiley konserti vermişdi. 50 yaşını səhnədə qeyd edən ifaçı bir daha konsert verməyəcəyini bildirmişdi.
"Səhhətim imkan verdikcə verilişlərə çıxacam, amma solo konsert verməyəcəm. Böyük səhnə ilə vidalaşdım" deyə, K.Xasıyeva açıqlamasında deyib.
Qeyd edək ki, müğənni uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.