Aktyor Fərda Xudaverdiyev ikinci dəfə ailə qurması ilə bağlı sualları cavabsız qoyub.
Median.az-ın məlumatına görə, aktyor ARB TV-nin "Show news” proqramına açıqlamasında bu haqda heç vaxt danışmayacağını bildirib. İlk həyat yoldaşının qalmaqallı açıqlamasından sonra isə Fərda olanlara belə münasibət bildirib:
"Jurnalist dostlarıma toyumda belə dedim ki, kameraları evə qoyun. Bu qədər işin qabağında şəxsi həyatımdan danışılırsa, sizi də qınayıram. Bu mənim şəxsi həyatımdır. Şəxsi həyatımla bağlı mənə heç kim sual verməsin. Kimsə mənim 2-ci dəfə ailə qurduğumu görərsə, övladımla görərsə, yaxınlaşıb dost kimi soruşar. Şəxsi həyatımla əlləşən bəzi adamlara isə demək istəyirəm ki, gedin özünüzə iş tapın”.
Qeyd edək ki, F.Xudaverdiyev ilk həyat yoldaşından keçən il boşanıb. Daha sonra ikinci dəfə ailə həyatı qurub. Onun 3-cü oğlu 6 ay əvvəl doğulub.