Xalq artisti Nisə Qasımova sosial şəbəkədə milyon izləyicisi olan ifaçıları tənqid edib.
Median.az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Hər şey daxil" verilişində izləyicilərini süni yolla artıran tanınmışları qınayıb:
"Sosial şəbəkədə süni izləyici, bəyəni toplamağın əleyhinəyəm. Yeni çıxan müğənnilərin çoxu bilmir ki, sünilik onlara ziyan gətirir. Yalandan uğur qazanmaq olmaz. Oxunan bəzi mahnıların fərqində olmalıdırlar.
Deyirik, kütlənin zoşuna gəlir oxuyaq. Kütlə sevir görsün bəyəninin sayı çoxdur. Bir milyon tamaşaçım var... Bunların heç biri mənim xoşuma gəlmir".