Xalq artisti Ramiz Əzizbəyli səhhətindən danışıb.
Median.az yenicag.az-a istinadən xəbər verir ki, aktyor getdikcə yaxşılaşdığını bildirib:
"Vəziyyətim yaxşı deyildi, ayaq barmağımı kəsdilər. Xəstəxanadan evə gətiriblər. Yataq şəraitindəyəm. İndi özümü yaxşı hiss edirəm. Amma ayağa qalxa bilmirəm. Həkim nəzarəti altında müalicəm davam edir”.
Qeyd edək ki, xalq artistinin ayağında qanqrena yarandığı üçün dekabrın 27-də ayaq barmağı amputasiya olunub.