“Maşın şou”nun qalibi, tanınmış teleparıcı, rejissor və aktrisa Xəyalə Quliyeva avtomibilini hələ almadığını bildirib.
Publika.az-a açıqlama verən məşhur “5-ci element” verilişində qonaq olarkən yayılan kadrlara aydınlıq gətirib.
“Mən heç o videonu görməmişəm. Onu kimin və harada çəkdiyindən heç xəbərim olmayıb. Bəli, maşını hələ verməyiblər. Lakin bu, o demək deyil ki, verməyəcəklər, hələ sənədləşmə işləri gedir. Dövlət yol polisi idarəsinə gedib avtomobili adıma keçirtməliyəm. Niyə camaat hələ verməyiblər sözünü verməycəklər kimi başa düşür? Bu boyda camaatı adlatmaq olmaz ki. Efirdə çox yüksək səviyyədə təşkil olunmuş şou yayımlanıb. Verilişin tarixində də elə hadisə olmayıb ki, maşını verməsinlər. Niyə adi sözümü sensasiyaya çeviriblər bilmirəm”.
Xatırladaq ki, əməkdar artist Ruhəngiz Allahverdiyevanın "5-ci element" verilişinin kadrarxası görüntülərindən paylaşdığı videoda aparıcı Xəyalə “Maşınımı vermirlər. Niyə?” deyə sual edib. Sözügedən görüntülər sosial şəbəkədə marağa səbəb olub.