Xərçəngdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova sosial şəbəkədəki maraqlı paylaşımı ilə diqqət çəkib.
Zülfiyyə "Təbi intellekt süni intellektə qalib gəlir" sözlərini yazaraq, dünyanın ən ağıllı robotu "Sofiya” ilə birləşdirdiyi fotosunu paylaşıb.
Xəstəliklə bağlı saçları tökülən və başını keçəl edən aparıcının paylaşımına izləyiciləri də fərqli rəylər yazıb, onu robotla oxşadıblar.
Qeyd edək ki, aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı olan Zülfiyyə mədə xərçəngindən əziyyət çəkir.
/azxeber.com