Natavanla Tolik arasında qalmaqal - FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsi oldu  |     22:56 Şirvanda qəbirstanlıqda oğurluq  |     22:44 Ev almaq istədi, 5 min pulu getdi - Qarabağ veteranına qarşı dələduzluq  |     22:37 Bakıda bir neçə notariusun fəaliyyəti dayandırıldı - SƏBƏB  |     22:31 Kolizeydə gizli tunel tapıldı: Hansı məqsədlə istifadə olunub?  |     22:24 Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi  |     22:18 Xidmət satışından milyonlar qazanan rayonlar - CƏDVƏL  |     22:10 Qazi maşını o qədər "prava"sız sürüb ki, 34 min cərimə yığılıb  |     22:05 Evləri plana düşən bu binanın sakinləri kompensasiyadan narazıdır (VİDEO)  |     21:58 Birinci müavini olmayan nazirlər (SİYAHI)  |     21:52 Goranboyda minik avtomobili aşıb, altı nəfər xəsarət alıb  |     21:45 FHN-dən küləkli hava ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ  |     21:37 Türkiyədə ali təhsil müddəti üç ilə endiriləcək  |     21:28 Bakıda cibgirlik edən şəxs saxlanıldı - VİDEO  |     21:23 "İtkinlərlə bağlı məlumat bazasının yaradılmasına ehtiyac var "  |     21:18 "Bavariya" 35 milyon avroluq təklif göndərəcək  |     21:11 Bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir - Xəbərdarlıq!  |     21:04 "Chevrolet" piyadanı vurub öldürdü - VİDEO  |     20:59 Bu qablarda saxlanılan qidalar insan sağlamlığına təsir göstərir  |     20:51 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |    

Natavanla Tolik arasında qalmaqal - FOTO + VİDEO

Müğənni Natavan Həbibi ilə prodüser Tarix Əliyev (Tolik) ”Instagram”da mübahisə edib.

Onların arasındakı mübahisəyə səbəb Tolikin “Hər şey daxil” verilişində bioenergetikə Natavan və reper əri Dado ilə bağlı verdiyi sual olub.

Belə ki, Tolik “Çoxu onların evliliyinin, sadəcə, göstəriş olduğunu desə də, bu, belə deyil. Sizcə, övladları olacaq?” sualını verib. Bioenergetik isə “Evlilikləri saxta deyil, amma çox ciddi sevgi bağları yoxdur. Övlad üçün isə hələ tezdir” cavabını verib.

Bununla bağlı paylaşım edən Tolikə Natavan “Instagram”da cavab verib. Məşhurların arasında olan dialoqu təqdim edirik:
Natavan: Sonda bir detektiv də tutaq, bizi araşdırsın.

Tolik: Yox, mən elə birindən soruşdum ki, deməsinlər ki, elə yox, belə. Allah xoşbəxt eləsin. İstəməyən kor olsun

Natavan: Daşım ağır olub. Birinə dəyəndə də bərk dəyir, bu da var.

Tolik: Baxma, mənə söz atarsan. Sən özün heç 50 kiloqram deyilsən, daşın da uzağı olsun 10 kiloqram. Amma mənim daşım 100 kiloya yaxındır.

Natavan: Səninlə bunları keçmişik. “Xoş” xatirələrim qalıb. Heç aidiyyəti yoxdur. Sənə olan sözümü səhifəndə yazmışam.

Qeyd edək ki, hər iki məşhur arasında sonu məhkəmə ilə bitən dava baş vermişdi. Tolik Natavanın erməni olduğunu iddia etmişdi.//oxu.az




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 499 03.10.18 12:21