Ötən günü Xalq artisti Flora Kərimovanın 77 yaşı olub.
Sənətçi bununla bağlı “Instagram” hesabında paylaşım edib və 25 ildir doğum günü keçirmədiyini yazıb:
“Bilirsiniz, bu gün həm də Ağdamın işğal günü idi. Gün ərzində çoxsaylı təbriklərinizi qəbul etdim, hər birinizə diqqətiniz üçün təşəkkür edirəm, ancaq doğum günüm Ağdamın işğal gününə təsadüf edəndən bəri qeyd etmirəm. Bunu özümə yasaq etmişəm.
Ad gününü qeyd etmək üçün insanın gərək ruhu sevinsin. 25 ildir ki, bu hissləri yaşaya bilmirəm. Ona görə də hər il 23 iyulu adi günlərdən biri kimi keçirirəm. Mənim üçün 23 iyul təqvimdə yoxdur. Belə bir gündə yaş günümü qeyd etmək mənə yaraşmaz.
Ağdamın azad olunmasını gözləyirəm. Bax, onda elə bir bayram edəcəyəm ki, səsi hər yana yayılacaq. İnşallah, o günü görəcəyəm, buna inanmaq istəyirəm”./oxu.az