Təranə Səmədovaya cinayət işi açılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Təranə Səmədovaya cinayət işi açılıb

Tanınmış prodüser Təranə Səmədova cinayət məcəlləsinin 243.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə məhkəmə qarşısına çıxarılacaq.

Median.Az
ölkə.az-a istinadən xəbər verir ki, T. Səmədovanın məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 12-də Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək.

Cinayət işi Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində başlanılıb və istintaq dövründə Təranə Səmədova barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cinayət işində 2 nəfər- Tağıyeva Mətanət Tağı qızı və Kərimova Sona Əhəd qızı zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, zərərçəkmişlərdən olan Sona Kərimova barəsində ötən il səs-küylü məhkəmə prosesi keçirilib. Həmin işdə S.Kərimova cinayət məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Prodüser Təranə Səmədova məhkəmə faktını təsdiqləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 475 09.07.18 15:49