Bir müddət əvvəl ailə qalmaqalları ilə gündəmə gələn reper Anar Nağılbazın şəxsi həyatında yenilik var.
Bu barədə məşhur özü açıqlama verib.
O, həyatında sevdiyi qadının varlığını və evlənmək istədiyini bu sözlərlə etiraf edib:
"Məlum söhbətlərə görə şübhəsiz axmaq kimi görünürəm, amma heç nə elə deyil və bizə də lazım deyil. Hər şey inşaallah ailə zəminində həll olmalıdır. Qadınım var, xoşbəxt olmaq istəyirəm. Ona görə canımı qurban verərəm! Xoşbəxt olun"!
Anar Nağılbazın sevdiyi xanımın adının Aytən olduğu ehtimal edilir. Çünki o, keçən həftə əyləncə mərkəzlərinin birində "Aytənim" adlı konsert proqramı ilə çıxış etmişdi./baku.ws