Məhşur müğənni Xuraman Şuşalı Median.Az -a özəl müsahibə verib.Həmin müsahibəni sizə təqdim edirik :
Bir neçə müddət əvvəlki müsahibələrinizin birində qeyd etmişdiniz ki,hicablı olmağınızla bağlı bir neçə kanallarda və verlişlərdə sizə qadağa qoyulub.Bununla bağlı müəyyən problemləriniz yaranırdı.Bilmək istərdik,bu qadağalar hələ də davam edirmi ?
- Bəli. Bir neçə dəfə belə hallarla üzləşmişəm. Ancaq indi bir o qədər də belə problemlər olmur.Dəvət aldığım bütün verlişlərə gedirəm.Kimlərki dəvət etmirlər etməsinlər,canları sağ olsun.Onsuzda adamın rüzusunu verən Allahdır.Mən hər zaman Allahıma sığınmışam.
Uzun müddətdir yeni işləriniz yoxdur.Şou biznesdə olan durğunluq diyəsən sizdən də yan keçməyib.
- Mən hər zaman çalışqan olmuşam.Sadəcə bu aralar başım çox qarışıqdır.Ailəmlə və övladlarımın təhsil və tərbiyəsi ilə məşğul oluram.Gözlənilməz yeniliklərlə qarşınızda olacam.Tezliklə yeni internet kanalım açılacaq.Bu xəbəri də ilk olaraq sizin vasitənizlə izləyicilərimizə bildirirəm.Demək olar ki,artiq hər bir şey hazırdır.Onsuzda biz evdə heç bir televiziya kanlını izləmirik.Bizə lazım olan hər bir məlumatı internet vasitəsi ilə öyrənirik.İnternet kanalımıda bu səbəbdən açiram.Çünki indiki zəmanədə tək mən yox hər kəs daha çox internetdən istifadə edir
Yeni açilacaq kanalınızda verlislərin movzusu nədən ibarət olacaq ?
- Ailəm,uşaqlarım və özümlə bağlı işlərimdən danışacam.Digər maraqlı və əyləncəli verlişlər də efirimizdə yayımlanacaq.Eyni zamanda xına mövzusu ilə bağlı xüsusi efirlərimiz də olacaq.Xına mərasimlərimizdən,xına dekorlarının hazırlanması və milli adət ənənələrimizdən bəhs ediləcək.
Söhbət xına məclislərindən gedmişkən istərdik sizində son günlər daha çox dəb halını almış xına mərasimləri haqqında fikirlərinizi öyrənək.
- Bu sənətə ən birinci başlayan xanım müğənni mən olmuşam.Tək xına məclisləri deyil eyni zamanda qadın xeyir işlərinin də aparıcılığını etmişəm.Düzdür xına məclisləri son günlər daha çox dəb halı alıb.Bu işi hər kəs etməyə çalışsada,ancaq bunu sözün əsl mənasında bacara bilən çox az adam var.Xına məclisini tamami ilə idarə edən tək aparıcı mənəm.Təşkil etdiyim xına məclisinin bütün işlərini özüm görürəm.Bunu hər aparıcı bacara bilmir.Xına məclisinin həm aparıcısı,həm müğənnisi həmdə bütün təşkil olunma işlərini özüm edirəm.
Bəs siz bu sahədə özünüzə rəqib görürsünüzmü ?
- Xeyir ! Mən özümü xına məclislərində birinci görürəm.İşimdə təkrarsız və yekəm.Xına məclislərinin "Şahzadəsi" özüməm. Mənim kimi heç kimi bu işi peşəkarcasına bacara bilməz.Bunu tam əminliklə deyirəm.Bu sahədə artıq neçə illərdir fəaliyyət göstərirəm.İşimin peşəkarlığı da göz önündədir.
Bilmək istərdik ümumiyyətlə el şənliklərindən başqa məşqul olduğunuz digər peşə ilə məşğulsunuzmu ?
- Bəli.Niyazi adına musiqi məktəbində müəllimə olaraq fəaliyyət göstərirəm.
Nicat Yunisbəyli