Aygün ona dəstək olan şəxsin adını açıqladı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:22 ABŞ-də miqrantların ölkəyə girə bilməmələri üçün bəhanə tapılıb  |     17:13 Şəmşad Ağa həbs edildi  |     16:42 Azərbaycanın yeni maliyyə naziri KİMDİR? - DOSYE  |     16:34 Marselo karyerasını başa vurdu  |     16:23 İlham Əliyev Sahil Babayevi vəzifəsindən azad etdi - YENİ TƏYİNAT  |     16:08 Əmək pensiyasının minimum məbləği 320 manat oldu - RƏSMİ  |     16:07 "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov Azərbaycandan nota aldığını təsdiqləyib (YENİLƏNİB)  |     15:46 Paşinyan: "Ermənistanın müstəqil dövlətçiliyi olmayıb"  |     15:40 Məhkəmə jurnalist Şahnaz Bəylərqızı ilə bağlı qərar verib  |     15:33 Biləsuvarda AĞIR QƏZA: Beş nəfər xəsarət alıb  |     15:26 Azərbaycanlı idmançı: "UFC şou-biznesdir"  |     15:06 Bakının mərkəzində İNTİHAR - Qazanxananın borusuna çıxıb özünü atdı  |     15:06 İki qurumdan plastik cərrahların lisenziyası ilə bağlı birgə MƏLUMAT  |     13:37 Keçmiş icra başçısı XİN-in verdiyi xidməti pasportu İTİRİB  |     13:34 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb (YENİLƏNİB)  |     13:05 Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu  |     13:04 Bakıda gecə saatlarında AĞIR QƏZA - Xəsarət alanlar var  |     13:03 Əyyub Allaş rəsmən "Araz-Naxçıvan"da  |     13:02 Azərbaycan Kuboku: Dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq  |     13:01 Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər ƏLƏ KEÇDİLƏR  |    

Aygün ona dəstək olan şəxsin adını açıqladı - VİDEO

Çoxdandır görünməyən xalq artisti, pop-diva Aygün Kazımova xalq artisti Mübariz Tağıyevin Heydər Əliyev adına sarayda keçirilən yubiley gecəsinə qatılıb. O, səhnəyə çıxaraq, gecəyə musiqisi ilə rəng qatıb.

M.Tağıyev Aygünlə ilk tanışlığını xatırlayıb:

“O vaxt mən də cavan idim. Televiziyada işləyirdim, otağa gənc, model kimi bir qız daxil oldu. Dedi ki, müğənniyəm, adım Aygündür. O vaxtdan Aygün mənim dostum, bacımdır. Heç vaxt Aygünlə aramızda intriqa olmayıb”.

Aygün Kazımova M.Tağıyevin hər zaman ona dəstək olduğunu bildirib:

“Mübariz müəllim hər zaman sizə minətdar olmuşam. Mənə həmişə dəstək olmusuz. O vaxt Dövlət Televiziyasında çox məhdudiyyətlər vardı. Sizin dəstəyiniz bambaşqa idi və bu günə qədər də mənə dəstəyiniz davam edir”.

Daha sonra pop-diva sözləri Baba Vəziroğluna, musiqisi Mübariz Tağıyevə məxsus “Əleykum-salam” mahnısı ilə gecəni şərəfləndirib. O şou əhlinə söz də atıb:

“Şou-biznesdə salam problemi var, bu mahnı lap yerinə düşdü”.
/yenicag.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 325 27.04.18 15:14