Röya Aygünün birini yüksəldib, digərini “endirdi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB  |     22:52 Rusiyada 40 min hektar ərazi yanır  |     22:47 Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - VİDEO  |     22:40 Magistraturaya qəbul imtahanının nəticələri elan olunub  |     22:31 Goranboyda piyadanın ölümü ilə nəticələnən qəza baş verib  |     22:20 Laf TV-yə hücum: Kanalı bu qrup ələ keçirdi  |     22:15 Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO  |     22:07 Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO  |     21:58 Güney Azərbaycanda zorakılığa məruz qalan qadınlar üçün mərkəz bağlanıldı - FOTO  |     21:50 Azərbaycanlı general vəfat etdi - FOTO  |     21:42 G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər  |     21:31 Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri AÇIQLANDI - FOTO  |     21:17 Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA  |     21:06 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə  |     20:35 Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” - VİDEO  |     20:23 İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb  |     20:15 Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?  |     20:07 144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb  |     19:58 Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib  |     19:49 Lənkəranda avtobus piyadanı vuraraq öldürüb  |    

Röya Aygünün birini yüksəldib, digərini “endirdi”

Əməkdar artisti Röya Ayxan dünən gecə “Instagram”ın canlı yayımında bir sıra etiraflar edib.

İzləyicilərin suallarını cavablandıran müğənni Xalq artisti Aygün Kazımova ilə olan münasibətlərindən danışıb:

“Aygün Kazımova bir əfsanədir, çevrilişdir, ölməzdir. Amma mənə qarşı çox böyük kompleksi var. Aramızda anlaşılmazlıqlar olub, ona qarşı pis hərəkətlər etmişəm. Bu yaxınlarda guya mənə qarşı jest etdi. Mənim 15-16 yaşımda olarkən, burnu yekə, eybəcər kadrlarımı paylaşıb.

Bu jestdir? Jesti mən edirəm. Tədbirlərdə hər dəfə onu görəndə yaxınlaşıb salam verirəm. “Altın Kelebey”i qazandım, onu paylaşardı, məni təbrik edərdi. Onda deyərdim ki, mənə jest edib. O, gözəl xanımdır, şou qadınıdır. Amma yanındakılara qulaq asmasın. Bundan sonra mənim haqqımda nə danışsa, ona cavab verməyəcəm. Ağıllı davransa, ağıllı davranacam.

Mənim kimi ağıllı dostu yoxdur. Amma istəsəydi, vaxtında olardım. Aygünün “Ayağıma dəyən daşlar” mahnısı var. Onu çox sevirəm, onu Kazımova kimi oxuyan yoxdur”.

Daha sonra Aygün Bəylərlə olan məhkəmə prosesindən danışan sənətçi hakimin haqsızlıq etdiyini bildirib:

“Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail rayon Məhkəməsinin hakimi də (Zaur Əliyev) guya bizim istəyimizi rədd edib. Buradan ona müraciət edirəm. Siz hakim, mənə rədd cavabı necə verə bilərsiniz? 200-300 min təzminat istəməmişəm.

Hər zaman olan şeyi istəmişəm. Bu təhqirə görə 50 min manat ən yüksək təzminatdır. Mənim anam, atam və ailəm var. O kimdir, efirə çıxıb desin ki, bu sənətə hansı yolla gəldiyini bilirik. Hansı yolla?

Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın, otağa girmədik? Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Mən onu bildim deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O, ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çıxart, yerə qoy!”

Röya Xalq artisti Flora Kərimova ilə olan münasibətlərindən də söz açıb:

“Qızının toyuna getmişdim. Əlimdən və çiynimdən öpürdü. Sonra jurnalist dostlarımızın birinə tədbirdə əl işarəsi ilə zarafat etmişdim. Həmin an fotomu çəkmişdilər. Sonra aparıb Kərimovaya göstərmişdilər ki, Röya bu işarəni sənə göstərib”.

Müğənni sonda haqqında gəzən şayiələrdən də danışaraq şərabı çox sevdiyini bildirib:

“Gərək ilk gündən mən də hər şeyi gizləyərdim. Şərabı, siqareti görəndə deyərdim ki, bu nədir? Amma nə oldusa, üzdə oldu. Bir tək şərabı çox sevirəm. Başqa heç nəyin aludəçisi deyiləm. Zamanında nələrsə etmişəm, düzdür. Ancaq indi bunların heç biri yoxdur. Gənclərə tövsiyəm odur ki, sağlamlıqlarını qorusunlar. Boş-boş danışılanlara da inanmasınlar”./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 700 14.04.18 14:14