Magistraturaya qəbul imtahanının nəticələri elan olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Bakıda hibrid avtomobillərin sərgisi keçiriləcək  |     22:19 Xaricdə universitet seçərkən nəyə diqqət etməli? - Açıqlama  |     22:01 Rumıniyalılar da Türkiyəyə pasportsuz gedə biləcək  |     21:58 Bu dünya çempionatı Bakıda baş tutacaq  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:44 Kişidən zorla 100 manat alan 3 yeniyetmə tutuldu  |     21:36 Rusiyada nüvə silahı təlimləri başladı  |     21:32 Bakıda adam bıçaqlayan şəxs: "Dişlərim olmadığı üçün meyvə bıçağı üzərimdə gəzdirərəm"  |     21:25 iPhone 15-də böyük endirimlər: Apple qiymətlərini azaltmağa məcburdur  |     21:21 Güləşçimiz Avropa çempionu oldu  |     21:13 Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ!  |     21:07 Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ  |     21:00 17 yaşlı reper özünü güllələdi - FOTO  |     20:55 Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA  |     20:49 Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu  |     20:42 Oğrunu cəzalandırmaq üçün 380 min dollarlıq avtomobilini məhv etdi - VİDEO  |     20:36 Cəlilabad sakini itkin düşüb  |     20:29 İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyən edilib  |     20:22 Bakıda mənzildən meyit tapılıb  |     20:17 Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq  |    

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

Ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19716 bakalavrdan 405 nəfəri imtahana gəlməyib.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 30.04.24 22:40